Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib - FOTO

14:32 - 23 / 09 / 2022
Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib - FOTO

Sentyabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Görüşün əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsindəki şanlı Qələbəmizə və şəhidlərimizə həsr edilən video-film nümayiş etdirilib.

Bu haqda 1news.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 2 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbə əldə edildi.

Bu il avqustun 3-də və sentyabrın 12-də sərhəd boyunca Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirildi və onların böyük sayda canlı qüvvə və hərbi texnikaları məhv edildi.

Vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində Böyük Zəfər qazanıldı. Qazanılan bu Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

Bildirildi ki, qazanılan Qələbədə Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhid və qazilərimizin şücaəti xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş vətən övladlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Şəhid ailələri ilə yanaşı qanlı döyüşlərdə yaralanan qazilərimiz də daima dövlət qayğısı ilə əhatə olunub. Həmçinin ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür.

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə götürüldü.

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
163

Son xəbərlər

Peşəsi müqəddəs və sözü həqiqət - “Çıxışa doğru”da MÜZAKİRƏ05 / 10 / 2022, 23:58“İdeyanı reallaşdır 2022” müsabiqəsinin nəticələri elan olundu05 / 10 / 2022, 23:24Dünya azərbaycanlıları Edilli məzarlığı ilə bağlı bəyanat yaydı05 / 10 / 2022, 17:48Sevinc Fətəliyeva: “Ermənistan hərbi cinayətlərinə görə cəzalandırılmalıdır”05 / 10 / 2022, 17:33“Bizim üçün etiraz ediləcək heç nə yoxdur” - Mirzoyan05 / 10 / 2022, 17:30Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib05 / 10 / 2022, 17:24“Şəhid atan sizin pulunuzu ödəyib” – AzTV-də təsirli layihə başlayır05 / 10 / 2022, 17:21Emin Əmrullayev bir qrup təhsil işçisini təltif edib05 / 10 / 2022, 17:15Azərbaycan Prezidenti Praqada Paşinyanla görüşəcək05 / 10 / 2022, 17:10Mərdəkan və Binədə narkotik alverçiləri tutulub - VİDEO05 / 10 / 2022, 16:49“Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək”05 / 10 / 2022, 16:48Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb05 / 10 / 2022, 16:36Ötən sutka koronavirusa yoluxanların STATİSTİKASI05 / 10 / 2022, 16:35“Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB dinləyicilərinə öz qapılarını açır05 / 10 / 2022, 16:22ANAMA: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsini sürətləndirməyə çalışırıq”05 / 10 / 2022, 16:13Adları Azərbaycan dilinə tərcümə olunmayan malların geri qaytarılmasına başlanılıb05 / 10 / 2022, 16:00Bakı Dövlət Sirki təmir olunur05 / 10 / 2022, 15:53Futbol azarkeşləri üçün Türkiyənin bütün Superliga oyunları daha rahat, keyfiyyətli və əlçatan olacaq! - FOTO05 / 10 / 2022, 15:46“Sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil”05 / 10 / 2022, 15:44“Azərbaycanın bu addımı mühüm humanitar jestdir” - Böyük Britaniya05 / 10 / 2022, 15:25
Bütün xəbərlər

Next TV