Azərbaycanda daha 2 nəfər koronavirusdan ÖLDÜ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 2 nəfər koronavirusdan ÖLDÜ

16:37 - 23 / 09 / 2022
Azərbaycanda daha 2 nəfər koronavirusdan ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 401 aktiv xəstə var. Bu günə qədər 9 902 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 728, bu günə qədər isə ümumilikdə 7 231 342 test icra olunub.

Paylaş:
472

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər