“Apple” brendinin yeni məhsulları: “Apple Watch Ultra”nın öncədən sifarişinə və “Apple Watch 8”in satışına start verilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Apple” brendinin yeni məhsulları: “Apple Watch Ultra”nın öncədən sifarişinə və “Apple Watch 8”in satışına start verilir - FOTO

09:58 - 23 / 09 / 2022
“Apple” brendinin yeni məhsulları: “Apple Watch Ultra”nın öncədən sifarişinə və “Apple Watch 8”in satışına start verilir - FOTO

Sentyabrın 7-si keçirilmiş təqdimatda “Apple” şirkətinin əsas yeniliyi “Apple Watch Ultra” saatı oldu. Bir çoxları iddia edir ki, Kupertinoda çoxdan onun üzərində işlər aparılırdı. Yeni smart-saatlar sadəcə mövcud “Apple Watch” saatları əsasında hazırlanmayıb, onların yaradılmasında peşəkar idmançılar və mütəxəssislər də iştirak ediblər.

Artıq bu gün, sentyabrın 23-ü rəsmi “Apple” resellerlərinin mağazalarında “Apple Watch Ultra” modelini öncədən sifariş edə və “Apple Watch Series 8” modelini əldə edə bilərsiniz.

Alma Store, Kontakt Home, Baku Electronics, Irshad, Myshops, Maxi.az,

Korpus

“Apple Watch 8” və SE 2 alümin korpusda hazırlanıb, “Series 8” modelinin isə polad variantı da var (bu saatlar daha baha və 10 qram daha ağır olacaq). “Apple Watch Ultra” isə yalnız titan korpusda təqdim olunur. Bu material poladdan yüngül olsa da, alümindən ağırdır. Bundan əlavə, “Ultra” silsilənin ölçücə ən böyük modelidir.

Apple Watch Series 8

Bütün modellər sukeçirməzdir, lakin “Apple Watch Ultra” suda 100 metrədək (statik halda) dərinliyə dalmağa imkan verir. “Series 8” və SE modellərində bu göstərici 50 metr idi. Bu saatlardan yalnız “Ultra” modeli dayvinq üçün uyğundur. Onların korpusu isə MIL-STD-810 hərbi standartı üzrə qorunur.

Ekran

Bütün “Apple” smart-saatları OLED ekranla təchiz edilsə də, bir-birindən fərqlidir. Nazik çərçivəsi sayəsində “Apple Watch Series 8” modelinin displeyi daha cəlbedici görünür.Ultra” modelinin çərçivəsinin böyük olması isə zərbəyədavamlı korpusla əlaqəlidir.

“Apple Watch Series 8” və SE 2 modellərinin ekran parlaqlığı 1000 nitə çatır. Bu, əla göstəricidir. Lakin “Apple Watch Ultra” modelində bu göstərici iki dəfə daha artıqdır və 2000 nitə çatır.

Apple Watch Ultra

Funksiyaları

Bütün modellər (SE, Series 8, Ultra) əsas funksiyaları dəstəkləyir. Bura aşağıdakı funksiyalar daxildir:

● Nəbz tezliyinin ölçülməsi və normanın pozulması haqqında xəbərdarlıq edilməsi;

● menstruasiya dövrlərinin izlənməsi;

● yuxu rejiminin təhlili;

● məşq rejimləri;

● təcili SOS siqnalı;

● yıxılmanın aşkarlanması;

● yol-nəqliyayt hadisəsinin (qəzanın) aşkarlanması;

● kompas və GPS;

● biləyi çevirməklə ekranın işə düşməsi;

● hündürlükölçən;

● mobil rabitə;

● smartfonla əlaqələndirmə imkanı.

“Apple Watch Series 8” və “Apple Watch SE”

“Series 8” modeli sadalanan funksiyalardan savayı həm də aşağıdakı funksiyalara malikdir:

● “Always-On-Display”;

● qanda oksigenin miqdarının ölçülməsi;

● EKQ üçün tətbiq;

● ovulyasiyanın retrospektiv qiymətləndirməsi ilə menstruasiya dövrlərinin izlənməsi;

● sürətli şarj.

“Apple Watch Ultra” — daha müasir modeldir. O, “Series 8” modelinin bütün üstünlükləri ilə yanaşı, həm də aşağıdakı üstünlüklərə malikdir:

● tənzimlənən fəaliyyət düyməsi;

● suyun temperaturunun ölçülməsi funksiyasına malik dərinlikölçən;

● Oceanic+ tətbiqi;

● 86 dB səs siqnalı;

● ikitezlikli GPS.

Avtonomluq

Series 8” və SE 2 modellərinin avtonom işləmə müddəti 18 saat olduğu halda, “Ultra” modeli standart iş rejimində 36 saatadək işləyə bilir. Bundan əlavə, “WatchOS 9” yeniliyi sayəsində bütün “Apple” smart-saatları enerjiyə qənaət funksiyasına malikdir. Bu, “Apple Watch Series 8” və 2-ci nəsil SE modellərinin iş qabiliyyətini 36 saatadək, “Watch Ultra” saatlarının isə 60 saatadək uzatmağa imkan verir.

Hansı “Apple Watch” saatları daha üstündür?

Əlbəttə ki, “Apple Watchxüsusiyyətlərinin müqayisəsi baxımından “Apple Watch Ultra” digər modellərdən daha üstündür. “Ultra” saatların üstünlüyündən dayvinqlə məşğul olan və ya ekstremal şəraitdə işləyən/istirahət edən şəxslər daha çox faydalana bilərlər.

Korpusun geniş rəng seçimi və iki ölçüdə olması sayəsində “Apple Watch Series 8” bu silsilədə ən universal modeldir. Bu saatlar həmçinin qanda oksigenin səviyyəsinin ölçülməsi, EKQ-nın hazırlanması və menstruasiya dövrlərinin izlənməsi kimi qabaqcıl funksiyalara malikdir.

Əgər sadalananlardan heç biri sizə lazım deyilsə, rahatlıqla “Apple Watch SE 2” modelini seçə bilərsiniz. Bu mdoel eyni prosessor ilə təchiz edilib, habelə smartfon ilə əlaqələndirmə üçün lazımi imkanlara malikdir.

Reklam hüququnda

Paylaş:
1541

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər