“Bu gün qalib ölkənin jurnalistləri kimi Şuşadan repotajlar hazırlayırıq” - Rauf Arifoğlu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu gün qalib ölkənin jurnalistləri kimi Şuşadan repotajlar hazırlayırıq” - Rauf Arifoğlu

11:30 - 24 / 09 / 2022
“Bu gün qalib ölkənin jurnalistləri kimi Şuşadan repotajlar hazırlayırıq” - Rauf Arifoğlu

“19 il bundan əvvəl mətbuatla dövlət qurumları arasında, mətbutla cəmiyyət arasında və beynəlxalq qurumlar arasında körpü rolunu qurmaq üçün Mətbuat Şurasını yaratdıq” .

1news.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlərinin VIII qurultayında çıxışı zamanı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

“İlk dəfə Azərbaycan jurnalistləri qurultayı qalib bir toplum kimi keçirir.
Bu gün biz qalib ölkənin jurnalistləri kimi Şuşadan, digər azad olunmuş ərazilərdən reportajlar hazırlayırıq. Qalib ölkənin jurnalistləri olaraq bizim üzərimizə böyük yük düşür. Mətbuat Şurası konsept olaraq dəyişilməlidir. Bu gün biz sosial media fenomenlərini də Mətbuat Şurasının idarə heyətinin üzvləri arasında görməliyik. Mən öz yerimi məmnuniyyətlə onlara verməyə hazıram. Mətbuat Şurası olaraq iddialı olmalıyıq".

1news.az

Paylaş:
194

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər