Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakı aeroportuna təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakı aeroportuna təcili eniş edib

Qafar Ağayev09:40 - 27 / 09 / 2022
Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakı aeroportuna təcili eniş edib

"Finnair" aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər