Vətən müharibəsi şəhidlərini ehtiramla anırıq - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsi şəhidlərini ehtiramla anırıq - “Çıxışa doğru”da MÜZAKİRƏ

22:00 - 27 / 09 / 2022
Vətən müharibəsi şəhidlərini ehtiramla anırıq - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Anım Günündə ən çox ziyarət olunan məkan Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanlarıdır. Gün ərzində dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə sonsuz ehtiramlarını ifadə etmək üçün Şəhidlər xiyabanlarına üz tuturlar. Anım Günündə şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur, ruhlarına dualar oxunur...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Vətən müharibəsi şəhidlərini ehtiramla anırıq" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Mais Əmrahov - tarix üzrə elmlər doktoru, professor, Oktay Mehdiyev - "Könüllü həkimlər" Təşəbbüs Qrupunun rəhbəri, cərrah, Ülvi Qədir - Qarabağ qazisi və Ramil Məmmədli - hərbi şərhçi, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
447

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər