Cavanşir küçəsinin əsaslı təmirinə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cavanşir küçəsinin əsaslı təmirinə start verilib - FOTO

Qafar Ağayev17:09 - 28 / 09 / 2022
Cavanşir küçəsinin əsaslı təmirinə start verilib - FOTO

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri işlərinə start verilib.

1news.az-a xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.

Belə ki, küçədə köhnə örtük söküləcək, əsasın yararsız hissələri qazılaraq çıxarılacaq, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa ediləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

Hazırda küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yeni səkilərin inşası işlərinə başlanılıb.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xətai rayonu ərazisində ümumi uzunluğu 5880 metr olan 5 küçədə (Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr) küçələri və Boru keçidinin döngələrində (1650 m)) təmir işləri icra olunaraq yekunlaşdırılıb.

Əsaslı təmirinə yeni başlanılmış Cavanşir küçəsi ilə yanaşı 980 metr uzunluğa malik Nazim Şükürov küçəsinin də hazırda təmiri icra olunur. Yaxın günlərdə isə ümumi uzunluğu 5 km olan Polad Həşimov küçəsinin və ona birləşən yolların təmirinə başlanılması planlaşdırılır. Beləliklə Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

Paylaş:
341

Son xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46
Bütün xəbərlər