AMEA-nın strukturu təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın strukturu təsdiqlənib

16:20 - 30 / 09 / 2022
AMEA-nın strukturu təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

1news.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

1news.az

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər