Gürcüstanın Baş naziri Eldar Əzizovu qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanın Baş naziri Eldar Əzizovu qəbul edib - FOTO

11:19 - 01 / 10 / 2022
Gürcüstanın Baş naziri Eldar Əzizovu qəbul edib - FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakı Şəhər icra başçısı Eldar Əzizovu qəbul edib.

1news.az-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, görüş zamanı iki ölkə arasında sıx əməkdaşlığın əsas istiqamətlərinə toxunulub. Qeyd olunub ki, Gürcüstan və Azərbaycanın arasında möhkəm strateji tərəfdaşlıq, yaxşı dialoq, dostluq və əməkdaşlıq təcrübəsi var.
Baş nazir qeyd edib ki, regional əməkdaşlığın dərinləşdirilməsi iki ölkənin ümumi maraqlarına cavab verir.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan etibarlı tərəfdaş kimi birgə layihələrin həyata keçirilməsinə və inkişafına bundan sonra da mühüm töhfə verəcək.
Söhbət zamanı regionda və dünyada təhlükəsizlik vəziyyətinə də toxunulub, münaqişələrnin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hökumət aparatının rəhbəri Revaz Cavelidze də iştirak edib.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər