“Füzuli Mərkəzi Park”ın torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Füzuli Mərkəzi Park”ın torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək - FOTO

12:10 - 01 / 10 / 2022
“Füzuli Mərkəzi Park”ın torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək - FOTO

Sentyabrın 28-də işğaldan azad olunmuş Füzuli şəhərində burada yaradılacaq “Mərkəzi Park”ın salınması ilə bağlı görüş keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Görüş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşəbbüsü ilə təşkil olunub.

Görüş zamanı qonaqlara “Füzuli Mərkəzi Park” layihəsi ilə bağlı ətraflı məlumat verilib, mövzu ilə bağlı müvafiq müzakirələr aparılıb.

Daha sonra park ərazisinə aid olan müxtəlif yerlərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr Türkiyədə yerləşən müasir laboratoriyada aparılacaq analizlərinin nəticəsinə əsasən parkda əkilməsi üçün ərazinin iqlim şəraitinə uyğun olan ağac növlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il mayın 10-da “Füzuli Mərkəzi Park” kompleksinin ərazisində ağac əkiblər. Dövlət başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib.

Xatırladaq ki, torpaqlarımızın erməni işğalından azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı.

Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub.

“Füzuli Mərkəzi Park”ın salınması işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, həmin ərazilərin sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, burada sakinlərin dayanıqlı məskunlaşması istiqamətində aparılan işlərə ciddi töhfə verəcək.

Paylaş:
368

Son xəbərlər

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək!

Bu gün, 00:05
Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib30 / 11 / 2023, 17:56Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfransı işə başlayıb30 / 11 / 2023, 17:47İlham Əliyevin Dubayda BƏƏ Prezidenti ilə görüşü keçirilib30 / 11 / 2023, 17:45“Müəllimə qızıl vermək ayıbdır”30 / 11 / 2023, 17:39“8-ci km Ticarət Mərkəzi” ləğv edilir30 / 11 / 2023, 17:37Qarabağda yerli universitetlərin filiallarının açılması ilə bağlı müəyyən planlar var30 / 11 / 2023, 17:23Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandı30 / 11 / 2023, 17:08Emin Əmrullayev: “Qızılcanın yayılması ilə bağlı prosesi izləyirik”30 / 11 / 2023, 17:05Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb30 / 11 / 2023, 16:59Dekabrda hava necə olacaq? - Aylıq proqnoz açıqlandı30 / 11 / 2023, 16:53“Müəllimlər günahkar olmasa da bullinqə məruz qalırlar”30 / 11 / 2023, 16:50Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır”30 / 11 / 2023, 16:44Xankəndidə olacaq Qarabağ Universitetinə qəbul bu tarixdən başlanacaq – Nazir açıqladı30 / 11 / 2023, 16:34Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb30 / 11 / 2023, 16:16Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb30 / 11 / 2023, 16:07TƏBİB-dən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ30 / 11 / 2023, 15:54Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTO30 / 11 / 2023, 15:50Kənd təsərrüfatına görə verilən kreditlərə dövlət zəmanəti veriləcək - FƏRMAN30 / 11 / 2023, 15:45Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI30 / 11 / 2023, 15:22
Bütün xəbərlər

Next TV