“Erməni əsirlər”in güllələnməsi videosunun saxta olması ilə bağlı sübutlar- Polkovnikdən ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Erməni əsirlər”in güllələnməsi videosunun saxta olması ilə bağlı sübutlar- Polkovnikdən ŞƏRH

14:48 - 03 / 10 / 2022
“Erməni əsirlər”in güllələnməsi videosunun saxta olması ilə bağlı sübutlar- Polkovnikdən ŞƏRH

Son vaxtlar sosial şəbəkələrdə yayılan və müzakirə mövzusuna çevrilən bir video var. Videoda guya bir neçə erməni əsgərinin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsi və güllələməsi əksini tapır.

Lakin əsir götürülən əsgərləri güllələyərkən "iki daşın arasında" çəkiliş aparmaq heç də inadırıcı görünmür.

1news.az-ın məlumatına görə, I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, "Qafqaz Tarixi Mərkəzi"nin Türkiyə təmsilcisi Akif Qasımov da videonun saxta olduğunu və təxribat məqsədilə hazırlandığını qeyd edib.

- Videoda "Atəş açmayın!" Əmrindən sonra atəşin açılması müşahidə edilir. - Peşəkar Azərbaycan ordusunda belə bir halın olması mümkün sayılmır. Azərbaycan əsgərində nizam-intizama (özəlliklə silah və atəş mövzusunda!) ciddi yanaşma mövcuddur. (Hələ-hələ söhbət öncül birliklərdən gedirsə)...

- istinad olunan materialda hücum edən hərbi qulluqçuların üzündə və hərəkətlərində dəniz səviyyəsindən yüzlərlə metr yüksəkliyə qalxmış insanda olmalı olan fiziki yorğunluq, tövşümək kimi əlamətlər müşahidə edilmir;

- Səhnədə yer alan bütün hərbçilərin hərbi geyimləri təptəzədir və geyimlərin üzərində heç bir aşınma, yirtılma, köhnəlmə, su, palçıq, tər və s. kimi əlamətlər müşahidə edilmir;

- Ən önəmlisi, atəş açanlardan bir nəfərin "qatarla" ("avtomatik") amma digələrinin "tək-tək" vəziyyətində atəş açması müşahidə edilməkdədir. Avtomatik atan Kalaşnikov silahının lüləsinin ağız hissəsinə gümüşü rəngli bir qurğunun taxıldığı görünür. Bu qurğu "Boş mərmilər atmaq üçün nozzler (nasadka; "Насадки для холостой стрельбы") adlanır. Bu qurğu ilə (avtomatdan) avtomatik atışı təmin etmək üçün istifadə edilir; olmayanda isə tək-tək atır. Yəni ehtimal odur ki, istifadə edilən patronlar təlim məqsədli və filmlər üçün nəzərdə tutulmuşdur;

- Güllələrin "dəydiyi" bədən və yerlər filmlərdə istifadə edilən imitasyon vasitələrdən yararalanılması ehtimalını yüksəldir. Tək-tək atış icra edənlərin güllə yerində, "cəsədlər" arasında ağ toz tüstüsünün çıxdığı görünür. Bu görüntüləri Ermənistan xüsusi xidmət orqanlarının təşkil etmədiyini və Azərbaycanın imicinə zərbə vurmaqçün növbəti cəhd olmadığını kim sübut edə bilər?

Paylaş:
1389

Son xəbərlər

Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edibBu gün, 14:56Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilibBu gün, 14:48AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar yaradacaqBu gün, 14:43Düyünlü Zobu Əməliyyat Etmək Olar? Hansı Riskləri Var?Bu gün, 14:34Prezident: Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır,bu, bizim legitim hüququmuzdurBu gün, 13:55Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edibBu gün, 13:35İlham Əliyev: “Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır”Bu gün, 13:17Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilibBu gün, 13:06Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edibBu gün, 13:02Qərbi Azərbaycan İcması Tomas de Vaalın fikirlərinə münasibət bildiribBu gün, 13:00Qar, yağış yağacaq - ProqnozBu gün, 12:50Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıbBu gün, 12:48Sığınacaqda 40-a yaxın uşaq qızılcaya yoluxubBu gün, 12:26Deputatdan təklif: Qərbi Azərbaycanlıların deportasiyası günü təqvimə salınsınBu gün, 12:07Azərbaycan Prezidenti: “Ola bilər ki, cənab Borel yuxular görür”Bu gün, 11:49Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilibBu gün, 11:38Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyəti 30%-ə qədər artacaq - VİDEOBu gün, 11:35DYP-dən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətBu gün, 11:17Nəqliyyat vasitələrinin komponentləri və texniki qurğularına dair dövlət standartları qəbul edilibBu gün, 11:09Yeni Klinikada Ambulator klinika istifadəyə verildiBu gün, 11:06
Bütün xəbərlər

Next TV