Naqif Həmzəyev: “Azərbaycanın qazına Avropa dövlətlərinin çox böyük ehtiyacı var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Naqif Həmzəyev: “Azərbaycanın qazına Avropa dövlətlərinin çox böyük ehtiyacı var”

Ayşən İsmayılova11:45 - 03 / 10 / 2022
Naqif Həmzəyev: “Azərbaycanın qazına Avropa dövlətlərinin çox böyük ehtiyacı var”

“Azərbaycan respublikası prezidenti cənab İlham Əliyev Avropaya-Bolqarıstana səfəri çox yaddaqalan, məhsuldar, uğurlu bir səfər kimi dəyərləndirilməlidir.

Bu səfər ilk növbədə Azərbaycanın enerji potensialının və Avrropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artırılmasına xidmət edirdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Həmçinin Azərbaycanın kommunikasiya xəttlərinin üzərində yerləşməsi və Azərbaycan üzərindən yükdaşımaların həcminin artırılması Avropa və Azərbaycan arasında əlaqələrin güclənməsinə çox böyük zəmin yaratmış oldu.

Azərbaycan TANAP və TAP layihələrindən sonra Avropanın digər ölkələrinə də Azərbaycan qazının nəql edilməsi ilə bağlı bir çox layihələr üzərində işləyir və artıq Yunanıstandan Bolqarıstana çəkilən qaz xəttinin istifadəyə verilməsi reallaşdı. Bu o deməkdir ki, Azərbaycan qazı artıq Balkanlara və Avropanın içərilərinə doğru da verilə biləcəkdir. Bu artıq investisiya və texniki məsələlərdir. Bolqarıstana qədər gedib çatmış Azərbaycan qazının daha sonra Şimali Makedoniya, Serbiya və digər Avropa ölkələrinə də çatdırılması mümkün olacaq.

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayır və yaxın illər ərzində Azərbaycanın Avropaya qaz nəqli 2 dəfədən çox artırılmalıdır. Bununla bağlı Avropa İttifaqı ilə anlaşma imzalanıbdır və bu məsələ də reallaşacaq. Azərbaycanın qaz potensialı imkan verir ki, bunu reallaşdırsın.

Bunlarla yanaşı, Azərbaycan yalnız enerji nəqli ilə deyil, coğrafi mövqeyinin və Azərbaycanın bu illər ərzində müasir nəqliyyat xəttlərinin formalaşdıra bilməsi sayəsində vahid nəqliyyat şəbəkəsini formalaşdırıb. Azərbaycan hal-hazırda şərqdən qərbə, şimaldan cənuba nəqliyyat dəhlizinin tam mərkəzində yerləşir və bu gün tranzit yüklərinin Avropaya, xüsusilə də Bolqarıstana daşınması üçün əlverişli şərait formalaşdıra bilib. Bu baxımdan da cənab prezident öz çıxışında qeyd etdi ki, artıq indidən Azərbaycan və Bolqarıstan nəqliyyatçıları bu məsələləri müzakirə etməli və yaxın gələcək üçün bu işlərin hazırlıqlarını görməlidirlər. Göründüyü kimi Azərbaycanın Avropada” mövqeyi günü-gündən güclənir. Azərbaycanın qazına Avropa dövlətlərinin çox böyük ehtiyacı var. Yaxın gələcəkdə bu Avropanın milli təhlükəsizlik məsələsinə çevriləcək. Bu baxımdan da, Azərbaycan bu sahədə öz imkanlarını artırır və reallaşdırdığı beynəlxalq layihələr imkan verəcək ki, Azərbaycan bu prosesdə daha aktiv iştirak etsin və nəticə etibarilə Azərbaycanın iqdisadiyyatı daha da böyüsün”.

Ayşən İsmayılova

Paylaş:
563

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər