Daha bir qanunsuz tikili söküldü -FOTOLAR

Ötən gün sosial şəbəkələrdə yayılan qanunsuz tikili bu gün sökülüb.
1news.az xəbər verir ki, bu haqda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nümayəndəsi Nuridə Allahverdiyeva feysbuk səhifəsində paylaşım edib.
“Dünən canlı video müraciətimdə haqqında bəhs etdiyim tikili.
Nəsimi rayonu Salatın Əsgərova küçəsi, 86 ünvanında yerləşən tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hamamın yerləşdiyi ərazinin yaxınlığında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq instansiyasının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə iştirakı ilə qanunsuz tikinti işlərinin qarşısı alınıb, qeyri-qanuni tikili sökülüb”.
Aynurə Xudaverdiyeva