Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

11:34 - 04 / 10 / 2022
Ombudsman Gəncənin mərkəzinə ballistik raket atılmasının ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötməsi ilə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından 1news.az-a verilən xəbərə görə, bəyanatda bildirilir ki, Ermənistanın Vətən müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb:

“Bundan başqa, şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını və tərəflər arasında elan olunmuş atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib”.

1news.az

Paylaş:
246

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər