Adları Azərbaycan dilinə tərcümə olunmayan malların geri qaytarılmasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Adları Azərbaycan dilinə tərcümə olunmayan malların geri qaytarılmasına başlanılıb

16:00 - 05 / 10 / 2022
Adları Azərbaycan dilinə tərcümə olunmayan malların geri qaytarılmasına başlanılıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində dünyanın müxtəlif dövlətlərindən ölkəmizə idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən Azərbaycan dilinə tərcüməsinin təmin edilməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanmış və bu halların baş verməməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.

AQTA-dan 1news.az-a bildirilib ki, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb.

Bundan əlavə, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxalçı subyektlərin şəxsi kabinetlərinə hər idxal üçün müraciət edərkən qida məhsullarının etiketlənməsi ilə bağlı tələblərə dair bildirişlər göndərilib. Eyni zamanda qanunvericiliyə əsasən, dövlət dilində markalanması olmayan malların satışının qarşısının alınması və daimi nəzarətdə saxlanılması üçün iri ticarət şəbəkələrinə rəsmi xəbərdarlıq məktubları ünvanlanıb.

Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır. Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. Həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırır və bildirilir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb.

1news.az

Paylaş:
409

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər