Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır

17:32 - 06 / 10 / 2022
Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir.

1news.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

Məlumatda qeyd olunur ki, bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.

“Onu da qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaqdır.

Xatırladaq ki, 06 oktyabr 2022-ci il tarixində səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırılıb”, - deyə məlumatda bildirilir.

Paylaş:
156

Son xəbərlər

Xəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb03 / 12 / 2022, 18:11Sabunçuda ikimərtəbəli evdə yanğın olub03 / 12 / 2022, 17:47Daşkəsəndə avtomobillər toqquşub, müəllim ölüb03 / 12 / 2022, 17:28Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb03 / 12 / 2022, 17:11Görmə məhdudiyyətli insanlar üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanıb - VİDEO03 / 12 / 2022, 16:54Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib03 / 12 / 2022, 16:52Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB03 / 12 / 2022, 16:37Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib03 / 12 / 2022, 16:17Bakı sakini istintaq təcridxanasında saxlanılan qohumuna narkotik keçirmək istəyib03 / 12 / 2022, 15:58Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibi genişləndirilib03 / 12 / 2022, 15:21Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib03 / 12 / 2022, 15:05Sabirabadda yük avtomobili yanıb - FOTO - VİDEO03 / 12 / 2022, 14:48Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb03 / 12 / 2022, 14:30Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib03 / 12 / 2022, 14:20Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıb - FOTO03 / 12 / 2022, 14:00Sumqayıda 15 gündə 3 cinayətkar dəstə üzvü tutulub03 / 12 / 2022, 13:38Yasamalda evdən meyit tapılıb03 / 12 / 2022, 13:35Gəncə sakinində silah-sursat aşkarlanıb - FOTO03 / 12 / 2022, 13:14Şəxsi avtomobildən ictimai nəqliyyata keçməyə hazırıq? - Bakının tıxac probleminin həlli yolları - ŞƏRH03 / 12 / 2022, 13:10Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub - FOTO - VİDEO03 / 12 / 2022, 12:46
Bütün xəbərlər

Next TV