“Paşinyan Azərbaycana ən böyük hədiyyədir” - Orxan Fikrətoğlu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Paşinyan Azərbaycana ən böyük hədiyyədir” - Orxan Fikrətoğlu

09:40 - 06 / 10 / 2022
“Paşinyan Azərbaycana ən böyük hədiyyədir” - Orxan Fikrətoğlu

Populyar yazıçı, jurnalist, ssenarist Orxan Fikrətoğlu “Danışaq” podkastının qonağı olub.

1news.az xəbər verir ki, layihənin müəllifi, tanınmış jurnalist Həmid Həmidovla söhbəti zamanı o, ölkəmizdə və dünyada cərəyan edən son hadisə və proseslər barədə fikirlərini izləyicilərlə bölüşüb.

“Biz postsovet ölkəsiyik və ola bilsin ki, Rusiyanın hədəflərindən biriyik....Artıq Putin bütün kartları açır və bir növ ağ duel əlcəklərini atır. İndi top Qərbdə, ABŞ və NATO-dadır”, - deyə O.Fikrətoğlu bildirib.

O, Nikol Paşinyanı “Azərbaycana ən böyük hədiyyə” adlandırıb. Jurnalist İranda hakimiyyətin gələcəyi ilə bağlı da öz proqnozlarını verib.

O.Fikrətoğlu ölkəmizin aktual problemlərinə də toxunub. O, cahillik, nadanlıq, özünü tanımamaq və başqasından üstün bilmək, dövlət əvəzinə daha çox özünə və ailəsinə xidmət etməyi Azərbaycanın ən böyük problemləri adlandırıb.

Sözügedən müsahibəni buradan izləyə bilərsiniz:

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər