Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 728 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 129, üç və daha çox doza vaksin vurduranların sayı 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 42 nəfərdir.
652