Qubada narkotik alverçisi saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada narkotik alverçisi saxlanılıb - FOTO

09:11 - 07 / 10 / 2022
Qubada narkotik alverçisi saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər