Abşeronda kişi tanışını bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda kişi tanışını bıçaqladı

09:33 - 07 / 10 / 2022
Abşeronda kişi tanışını bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Samir Cəfərov münaqişə zəminində tanışı Ruslan Həsənovu bıçaqlayıb.

Ruslan Həsənov xəstəxanaya yerləşdirilib, Samir Cəfərov isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər