Sumqayıtda 5 yaşlı qızın sırğasını oğurladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 5 yaşlı qızın sırğasını oğurladılar

10:53 - 07 / 10 / 2022
Sumqayıtda 5 yaşlı qızın sırğasını oğurladılar

Sumqayıtda 5 yaşlı qızın qızıl sırğası oğurlanıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər