Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş | 1news.az | Xəbərlər
Cəmiyyət

Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş

11:02 - 10 / 10 / 2022
Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, qızının yanında, Honq-Konqda vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda bildirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Saysız-hesabsız sevilən və hit mahnıların müəllifidir.

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər