Bağça müəllimləri psixoloji testə cəlb olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağça müəllimləri psixoloji testə cəlb olunacaq

12:02 - 10 / 10 / 2022
Bağça müəllimləri psixoloji testə cəlb olunacaq

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər