30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü

12:35 - 10 / 10 / 2022
30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü

Törətdiyi xuliqanlıq əməlinə görə, paytaxtın Nərimanov RPİ-nin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Araşdırma aparılır.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər