Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:36 - 11 / 10 / 2022
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 786 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 898 973, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 760, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 069, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 921, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 223 nəfər təşkil edir.

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər