MN: “Ermənilər Daşkəsəndə mühəndis texnikamızı atəşə tutub” | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: “Ermənilər Daşkəsəndə mühəndis texnikamızı atəşə tutub”

15:28 - 12 / 10 / 2022
MN: “Ermənilər Daşkəsəndə mühəndis texnikamızı atəşə tutub”

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

1news.az

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər