Bərdədə 2 qadını avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 2 qadını avtomobil vurub

09:51 - 12 / 10 / 2022
Bərdədə 2 qadını avtomobil vurub

Bərdə rayonunda avtomobil qadınları vurub, onlardan biri ölüb.

1news.az-ın xəbərinə görə, hadisə oktyabrın 11-i saat 21 radələrində rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Eldəniz Qarayevin idarə etdiyi avtomobil yolun kənarında hərəkət edən Tünzalə Rəsulovanı və Günel Səlimxanzadəni vurub. Daha sonra yaralılar xəstəxanaya aparılıblar. Nəticədə T.Rəsulova orada ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər