Qrup halında narkotik qəbul edən şəxslər tutulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qrup halında narkotik qəbul edən şəxslər tutulub - FOTO

12:45 - 12 / 10 / 2022
Qrup halında narkotik qəbul edən şəxslər tutulub - FOTO

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

DİN-dən 1news.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər