Son 3 ildə peşə təhsilinə elektron tələbə qəbulunun statistikası açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 3 ildə peşə təhsilinə elektron tələbə qəbulunun statistikası açıqlanıb

17:31 - 13 / 10 / 2022
Son 3 ildə peşə təhsilinə elektron tələbə qəbulunun statistikası açıqlanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi 2020-2022-ci illərdə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu üzrə statistikanı açıqlayıb.

Agentlikdən 1news.az-a bildirilib ki, 2020-ci ildə 14 min 795 nəfər elektron qeydiyyatdan keçib. 2021-ci ildə bu say 16 min 590 nəfər olub.

Cari ildə isə 19 min 43 nəfər elektron tələbə qəbulundan yararlanıb.

1news.az

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər