Yevlaxda qardaş qardaşı qətlə yetirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda qardaş qardaşı qətlə yetirdi

09:27 - 13 / 10 / 2022
Yevlaxda qardaş qardaşı qətlə yetirdi

Yevlax sakini qardaşını qətlə yetirib.

1news.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Belə ki, oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər