“Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib”

Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib.
Bunu 1news.az-aMeşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, payız ağac əkinində ETSN-in tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunacaq.
Meşə əkinləri zamanı tut ağaclarının da əkilməsi planlaşdırlır.
O bildirib ki, Respublikada “Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi” məqsədi ilə tut plantasiyalarının salınması üçün ETSN-in tinglik sahələrində yetişdirilən tut tinglərinin müvafiq Rayon İcra Hakimiyyətlərinə verilməsi təmin edilir.
1news.az
596