Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu

17:49 - 14 / 10 / 2022
Şəmkirin həbs olunan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsindəki cinyat işinin ibtidai istintaqı yekunlaşıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

İş üzrə məhkəmənin ilkin baxışı noyabrın 10-na təyin edilib.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər