Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb

09:27 - 14 / 10 / 2022
Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb

Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 1news.az-a bildirib ki, Milli Parkın əməkdaşları parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edib.

O qeyd edib ki, əməkdaşların qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb: “Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib. Digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub".

1news.az

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər