Musiqi məktəblərindəki müəllimlərin attestasiyası aparılacaq

Musiqi və incəsənət məktəblərindəki müəllimlərin attestasiyası aparılacaq.
1news.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir musiqi və incəsənət məktəblərinə şagordlərin qəbulunda yeni sistemin olacağınl deyib:
"Musiqi və incəsənət məktəblərində şagirdlərin qəbulunda da yeni sistem üçün hazırlıqlar aparılır. Eyni zamanda, hal-hazırda musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin iki mərhələli şəkildə attestasiyası da aparılacaq".
Anar Kərimov attestasiyanın zamanını da açıqlayıb:
"Bu ilin sonuna kimi birinci mərhələsinin keçirilməsi planlaşdırılır".
1news.az
362