AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

16:06 - 15 / 10 / 2022
AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

1news.az

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər