Yasamalda tikilisi sökülən şəxs özünü yandırmağa cəhd edib - FOTO

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində bir nəfər özünü yandırmağa cəhd edib.
1news.az-ın xəbərinə görə, buna səbəb vətəndaşın yol kənarında tikinti aparmaq istəməsi, lakin dəfələrlə bu qanunsuz tikilinin sökülməsi olub.
Əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Vətəndaşın özünü yandırmaq cəhdinin qarşısı alınıb.
Eyni zamanda, qanunsuz yarımtikili də sökülür.
16:25
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində bir nəfər özünü yandırmağa cəhd edib.
1news.az-ın xəbərinə görə, buna səbəb vətəndaşın yol kənarında tikinti aparmaq istəməsi, lakin dəfələrlə bu qanunsuz tikilinin sökülməsi olub.
Əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub, vətəndaşı özünü yandırmaq niyyətindən daşındırmağa çalışırlar.



