Nazirlik X siniflərə qeydiyyat üçün gecikən şagirdlərə müraciət edib

X siniflərə qeydiyyata gecikən şagirdlər məktəblərə qəbul üçün gələn həftədən müraciət edə bilərlər.
Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılacaq.
Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.
1news.az
301