Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb - FOTO

13:35 - 17 / 10 / 2022
Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlanıb - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər