Şəmkirdə 27 min manatlıq oğurluq edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə 27 min manatlıq oğurluq edən şəxs tutulub

12:38 - 17 / 10 / 2022
Şəmkirdə 27 min manatlıq oğurluq edən şəxs tutulub

Şəmkirdə evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş F.Torçiyevlə birgə daha bir evdən 12.000 manat pul, digər evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan cüzdan oğurlaması, həmyerlisi, əvvəllər məhkum olunmuş X.Qarayev və E.Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Torçiyev, X.Qarayev və E.Zeynalov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

1news.az

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər