Özbəkistan səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistan səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub - FOTO

Qafar Ağayev17:52 - 18 / 10 / 2022
Özbəkistan səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub - FOTO

Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və rektor, professor Gülçöhrə Məmmədova ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin üçüncü katibi Otabek Ramazanov, AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov iştirak edib.

Səfiri salamlayan rektor xalqlarımız arasında qədim tarixə malik olan dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri və bu səfər zamanı əldə olunan razılaşmalarla ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən rektor AzMİU və Özbəkistan universitetlərinin mövcud əlaqələrdən danışıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU ilə Daşkənd Memarlıq Universiteti, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşıb.

Görüşə görə təşəkkürünü bildirən səfir Bəhrom Əşrəfxanov AzMİU ilə bağlı təəssüratlarının yüksək olduğunu və Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüşdə AzMİU-nun da təmsil olunduğu Türk Dövlətləri Birliyi nəzdində Türk Universitetləri Birliyində AzMİU ilə əməkdaşlıq yolu ilə Özbəkistan universitetlərinin də təmsil olunması, əlaqələrin perspektivləri, beynəlxalq layihələrdə birgə iştirak, elm, tədris və tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları haqqında geniş müzakirə aparılıb.

Daha sonra rektor, professor Gülçöhrə Məmmədova səfir Bəhrom Əşrəfxanovu AzMİU-nun Memarlıq fakültəsi ilə tanış edib. Səfir fakültənin tədris auditoriyaları və laboratoriyalarına, sərgi salonuna, tələbələrin əl işlərinə baxış keçirib və fikir mübadiləsi aparılıb.

Paylaş:
770

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər