Arif Rəhimov Bakı Şəhər Halqasındakı vəzifəsindən azad edilib, yeni təyinat

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.
Bakı Şəhər Halqasından 1news.az-a verilən xəbərə görə, dəyişikliyə əsasən, 7 il ərzində bu vəzifədə çalışan Arif Rəhimov icraçı direktor vəzifəsindən azad olunub. Onun yerinə Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin edilib..
“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram”, - deyə Arif Rəhimov söyləyib.
Qeyd edək ki, M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb