Azad olunan ərazilərə çəkilən dəmir yolu ilə bağlı işlər hansı mərhələdədir? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərə çəkilən dəmir yolu ilə bağlı işlər hansı mərhələdədir? - AÇIQLAMA

14:17 - 19 / 10 / 2022
Azad olunan ərazilərə çəkilən dəmir yolu ilə bağlı işlər hansı mərhələdədir? - AÇIQLAMA

"Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur".

Bu barədə Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində 1news.az-ın suallarını cavablandıran "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova deyib.

“Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda tikinti üzrə tərəqqi 58% təşkil edir.

Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.Hazırda 62-71 km aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir” - deyə, N. Bayramova qeyd edib.

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər