Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

09:41 - 19 / 10 / 2022
Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

1news.az xəbər verir ki, nümayəndə heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

Nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, bu gün Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı başlayır. Tədbir oktyabrın 20-də yekunlaşacaq.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər