“Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur”

11:06 - 19 / 10 / 2022
“Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur”

"Uşaqlarda psixoloq və sosioloq anlayışlarının zəif olması və ya olmaması böyük narahatlıq doğurur.

1news.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.

"Uşaqların əksəriyyəti 5 saatını internetdə keçirir. Bu ciddi narahatlıq doğurur. Oğlanlarda internetdə vaxt keçirməsi nisbəti qızlarla müqayisədə daha çoxdur. Qızlar asudə vaxtlarını kitab oxumaqla keçirir, oğlanlar isə idmanla məşğul olmaqla".

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər