Siyəzəndə mikroavtobus aşıb, xəsarət alanlar var

Siyəzən rayonunda Zarat kəndi ərazisində mikroavtobus aşıb.
Baş verən yol qəzası ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Bu barədə 1news.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan 10 qadın saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
“Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir”, - məlumatda deyilir.
1news.az
219