Marketdə yararlılıq müddəti bitən qida məhsulları aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketdə yararlılıq müddəti bitən qida məhsulları aşkarlanıb

14:14 - 20 / 10 / 2022
Marketdə yararlılıq müddəti bitən qida məhsulları aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində agentliyin əməkdaşları tərəfindən Ağsu şəhərinin H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Məmmədova məxsus “Nicat” marketdə planlı yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Rəflərin və bəzi məhsulların üstünün toz qatı ilə örtüldüyü, eləcə də yararlılıq müddəti bitən məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Marketdəki yararlılıq müddəti bitən məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

1news.az

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər