Ermənistan silahlı qüvvələri yenə də ordumuzun mövqelərini atəşə tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı qüvvələri yenə də ordumuzun mövqelərini atəşə tutdu

Qafar Ağayev09:00 - 20 / 10 / 2022
Ermənistan silahlı qüvvələri yenə də ordumuzun mövqelərini atəşə tutdu

Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər