İnsana gün ərzində neçə saat yuxu lazımdır? - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İnsana gün ərzində neçə saat yuxu lazımdır? - ARAŞDIRMA

10:29 - 20 / 10 / 2022
İnsana gün ərzində neçə saat yuxu lazımdır? - ARAŞDIRMA

İngiltərədə 50 yaşında xroniki xəstəliyi olmayan təxminən 8000 şəxsin məlumatları araşdırılıb.

1news.az xəbər verir ki, London Universitet Kolleci və Paris Cite Universiteti tərəfindən aparılan araşdırmada 25 il ərzində alimlər iştirakçılardan hər 4-5 ildən bir klinik müayinələr zamanı onların gün ərizində nə qədər yatdıqlarını bildirmələrini xahiş ediblər.

Tədqiqatlar göstərib ki, gecə 5 saat və ya daha az yatan 50 yaşlı insanların çoxlu xroniki xəstəliyə tutulma riski gecə ən az 7 saat yatanlara nisbətən 30 faiz daha yüksəkdir. Bu risk 60 yaşda 32 faizə, 70 yaşında isə 40 faizə yüksəldi. Bu şəxslərdə xroniki xəstəlik riskinin artmasının daha yüksək ölüm riski ilə əlaqəli olduğu da bildirildib.

Surrey Yuxu Mərkəzinin direktoru, professor Derk-Jan Dijk dedi: “Bu araşdırma bir daha sübut etdi ki, az yatmaq sağlamlığımız üçün yaxşı deyil. Bəziləri az yuxu ilə də yaxşı hiss edə bilsələr də, ümumiyyətlə bu, sağlamlığa zərərlidir. Bəzi insanlar niyə az yatırlar və bu barədə bir şey edə biləcəyimiz böyük sual işarəsidir. Ancaq yuxu müəyyən dərəcədə dəyişdirilə bilən həyat tərzi faktorudur”, - deyə bildirib.

Aynurə Xudaverdiyeva

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər