Köməyə çağırış: Balaca Nurayın sizin köməyinizə ehtiyacı var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köməyə çağırış: Balaca Nurayın sizin köməyinizə ehtiyacı var - FOTO

15:15 - 20 / 10 / 2022
Köməyə çağırış: Balaca Nurayın sizin köməyinizə ehtiyacı var - FOTO

9 yaşlı Nuray beyin iflicindən əziyyət çəkir.

1news.az xəbər verir ki, Nurayın anası Səbinə Salahova qeyd edib ki, övladının bu vəziyyətə düşməyinin səbəbi həkim məsuliyyətsizliyi olub:

“Qızımın diaqnozu beyin iflicidir. Doğuş vaxtı həkimin əlindən düşüb və aldığı zərbədən beyninin sol tərəfi iflic olub. Ona görə də nə yeriyə, nə də danışa bilir. 2 yaşı olanda qohum-əqrabanın dəstəyi ilə Türkiyədə ürəyindən əməliyyat olunub”.

Ailədə 6 nəfər olduqlarını və evdə yalnız yoldaşının çalışdığını söyləyən S. Salahova artıq qızlarının müalicəsini davam etdirə bilmədiklərini deyir:

"Yoldaşım tikintidə fəhlə işləyir. Qızıma görə mən işləyə bilmirəm. Beyninə görə Nurayın bağırsaqları da işləmir. 6 aydan bir Türkiyədə beynindən kök hücrə müalicəsi alır. Hər gedişimizdə 10 min manata yaxın pul gedir. 8 ildir ki, əlimizdə satmadığımız heç nə qalmayıb. Artıq müalicəyə davam etməyə maddi gücümüz qalmayıb. Bütün xeyirxah insanlardan kömək istəyirik”.

Aşağıda Səbinə xanımın bank rekvizitlərini təqdim edirik.

İnanırıq ki, Səbinə xanımın çağırışına səs verənlər tapılacaq və tezliklə Nuray müalicələrinə davam edə biləcək!

Əlaqə: 050-993-29-32

1news.az

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər