Qarabağ Dirçəliş Fondu məktəblilər və gənclərlə maarifləndirmə görüşü keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu məktəblilər və gənclərlə maarifləndirmə görüşü keçirib - FOTO

Qafar Ağayev11:00 - 20 / 10 / 2022
Qarabağ Dirçəliş Fondu məktəblilər və gənclərlə maarifləndirmə görüşü keçirib - FOTO

Qarabağ Dirçəliş Fondu Bakı Ekspo Mərkəzində təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisinin ilk günü məktəblilər və gənclərlə “Xeyriyyə təşəbbüslərinə qoşulmaq bizə nə qazandırır?” mövzusunda müzakirə görüşü keçirib.

1news.az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, PAŞA Holding-in Korporativ Kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə, eləcə də məktəblilər, könüllülər və tələbələr iştirak ediblər.

Pərvin Məmmədova görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

P.Məmmədova bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu məqsədlə, Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi Fond üçün xüsusi əhəmiyyətə malikdir.

İşğaldan azad edilmiş ərazilərə dəyən zərərlə bağlı maarifləndirmə işlərinin aparılmasında təhsil müəssisələrinin böyük rola malik olduğunu qeyd edən Pərvin Məmmədova, eyni zamanda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərmək məqsədilə təşəbbüs göstərən təhsil müəssisələrinə təşəkkürünü bildirib.

Görüşdə Fondun ianəçiləri sırasında olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova “Qarabağa hərəmizdən bir fidan” adlı xeyriyyə konserti haqqında məlumat verib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Qarabağ Dirçəliş Fondu yarandığı ilk vaxtlardan Ədliyyə Nazirliyinin işçiləri, hakimləri Qarabağın bərpası ilə bağlı layihələrin dəstəklənməsi məqsədilə Fonda ianə edilməsi təşəbbüsü ilə çıxış ediblər. Gələcəkdə Fonda ianə etməkdə davam edəcəklərini deyən Aynur Sabitova hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.

PAŞA Holding-in Korporativ Kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə Qarabağ Dirçəliş Fondunun ianəçiləri sırasında olmaqdan böyük qürur hissi keçirdiklərini söyləyib. Fondun təşəbbüsü ilə reallaşdırılan ağacəkmə aksiyasında iştirak etdiklərini diqqətə çatdıran Aytac Muxtarzadə bundan sonra da Fondla əməkdaşlığı davam etdirəcəklərini, Qarabağın bərpası ilə bağlı layihələrə dəstək verəcəklərini vurğulayıb.

Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.

Paylaş:
265

Son xəbərlər

Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25
Bütün xəbərlər